Camecan
Xerolilar Osmannıya qaçarlar,Ermanilər sədirlərə keçarlar,Cami havlisində şarab içarlarNə gündən günlərə qaldın, camican.
Ermanilər gəlür bunda tururlar,İstikani bir-birinə vururlar,Əzənin yerinə zəngi vururlar,Oxunmaz əzənlər, qaldın, camican.
Ermanilər kəndi dinin taparlar,İstikani bir-birindən qaparlar,Mehrabın yerinə bir xaç tikarlar.Nə gündən günlərə qaldın, camican.
Mərəqimdən bənim başım ağarur,Bozulur mehrabın, cami tağılur,Keşiş gəlib bico-bico bağırur,Nə gündən günlərə qaldın, camican.
Səfili bekar durub gəzməsin,Ermənilər camiləri bozmasın,Allah sənin işin hillə bəzəsin,Xeyir olsun sənin işin, camican.
Kitabxana.az · https://kitabxana.az/works/molla-mehemmed-sefili-camican
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Ağ Aşıq Allahverdinin bacısı Ümmülbanu ilə deyişməsiÜMMÜLBANU:Can-ciyərim, getmə, aman günüdür,
GəldiGöz dikmişdim ağ buluda,Yağa-yağa qara gəldi.
Can olmaz isə, sən təki canan yetər manaCan olmaz isə, sən təki canan yetər mana,Vəslin bu xəstə könlümə dərman yetər mana.