Göz dikmişdim ağ buluda,Yağa-yağa qara gəldi.Səhər burdan qalxan dumanQayıtdı, dağlara gəldi.

Ey xudaya, nə gərdişdi,Uzaqlara şimşək düşdü.Can üşüdü, tük ürpəşdi,Könül ahü-zara gəldi.

Ağçmqıldan endi sürü,Boş qaldı dağların səri,Bəsti deyir: bir bax bəri,Xançobanım hara gəldi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri