Başına döndüyüm, ay uca dağlar,Səndə gəzən ağır ellər necoldu?Ala çayvan-çadır, dəyə quranlar,O polad biləklər, qollar necoldu?

Söylə bir, növrağım niyə pozuldu?Ay günüm üstünə qara yazıldı,Cəfa gördüm, əlim-əldən üzüldü,Su üstünə gələn yollar necoldu?

Canım ola hilal qaşm əyrisi,Dərdin çəkən varmı, məndən qeyrisi?Vur başma, ağla illər ayrısı,Bəsti, soldu çəmən, güllər necoldu?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar