Xosrov və Şirin, fəsil 37
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چو پیر سبزپوش آسمانیز سبزه برکشد بیخ جوانی
جوانان را و پیران را دگر باربه سرسبزی در آرد سرخ گلزار
گل از گل تخت کاوسی بر آردبنفشه پر طاووسی بر آرد
بسا مرغا که عشقآوازه گرددبسا عشق کهن کآن تازه گردد
چو خرم شد به شیرین جانِ خسروجهان میکرد عهد خرمی نو
چو از خرمبهار و خرمیدوستبه گلها بردرید از خرمی پوست
گل از شادی عَلم در باغ میزدسپاه فاخته بر زاغ میزد
سمن ساقی و نرگس جام در دستبنفشه در خمار و سرخ گل مست
صبا برقع گشاده مادگان راصلا درداده کار افتادگان را
شمال انگیخته هر سو خروشیزده بر گاو چشمی پیل گوشی
زمین نطع شقایقپوش گشتهشقایق مهد مرزنگوش گشته
سهی سرو از چمن قامت کشیدهز عشق لاله پیراهن دریده
بنفشه تاب زلف افکنده بر دوشگشاده باد نسرین را بناگوش
عروسان ریاحین دست بر رویشگرفان شکوفه شانه در موی
هوا بر سبزه گوهرها گسستهزمرد را به مروارید بسته
نموده ناف خاک آبستنیهاز ناف آورده بیرون رستنیها
غزال شیرمست از دلنوازیبه گرد سبزه با مادر به بازی
تذروان بر ریاحین پر فشاندهریاحین در تذروان پر نشانده
ز هر شاخی شکفته نوبهاریگرفته هر گلی بر کف نثاری
نوای بلبل و آوای دراجشکیب عاشقان را داده تاراج
چنین فصلی بدین عاشقنوازیخطا باشد خطا بیعشقبازی
خرامان خسرو و شیرین شب و روزبه هر نزهتگهی شاد و دلافروز
گَهی خوردند می در مَرغزاریگَهی چیدند گل در کوهساری
ریاحین بر ریاحین باده در دستبه شهرود آمدند آن روز سرمست
جنیبت بر لب شهرود بستندبه بانگ رود و رامشگر نشستند
حلاوتهای شیرین شکرخندنی شهرود را کرده نی قند
همان رونق ز خوبیش آن طرف راکه از باران نیسانی صدف را
عبیر ارزان ز جعد مشکبیزششکر قربان ز لعل شهدخیزش
ز بس خنده که شهدش بر شکر زدبه خوزستان شد افغان طبرزد
قد چون سروَش از دیوان شاهیبه گلبن داده تشریف سپاهی
چو گل بر نرگسش کرده نظارهبه دندان کرده خود را پاره پاره
سمن کز خواجگی بر گل زدی دوشغلام آن بناگوش از بن گوش
Asimantək, yaşıl geymiş o qocaCavan budaqları işə salınca.
Cavanı, qocanı - tamam nə ki, var,Gülzarın seyrinə yenə çıxarar.
Kavus təxtini gül çıxarar yerdən,Tovuztək bəzənər bənövşə həmən.
Quşlar da eşqindən şirin dil açar,Köhnə sevgilər də təzə gül açar.
Şirinlə şad oldu Xosrovun canı,Fərəh, sevinc tutdu bütün cahanı,
Bu şadlıq zamanı gül üzlü baharGeydirdi hər gülə bir yeni paltar.
Güllər bayrağını sancmışdı bağa,Faxtə quşundan da qaçırdı qarğa.
Yasəmənlər saqi, nərgiz əldə cam,Bənövşə xumardı, gül məstdi tamam.
Üzlərdən örtüyü atmışdı yellər,Bütün aşiqlərə çatmışdı xəbər.
Şimal yeli çölə səs salıb yenə,Vurdu filqulağı öküzgözünə.
Yer paltar geymişdi xoruzgülündən,Çiçəklərə olmuş Mörvənguş məskən.
Çəməndə sərvlər nə qədər yüksək,Lalələr eşqdən yırtmışdı köynək,
Bənövşə çiyninə hörük salmışdı,Nəsrin sırğasını yellər almışdı.
Əl üzdə durmuşdu reyhanlar qoşa,Çiçəklər sancmışdı darağı başa.
İkicanlı yerdən çıxan bitkilərAçmışdı çəməndə, düzdə təzətər.
Yaşıllığa düşür göydən incilər,Zümrüd üzərinə yığırdı gövhər.
Süddən doymuş ceyran bu xoş gündüzdəÇıxıb anasıyla gəzirdi düzdə.
Qırqovul açmışdı qanad reyhana,Əlvan qanad vermiş reyhan da ona.
Hər şaxda bir təzə bahar çiçəyi,Əldə şabaş tutmuş gülün göyçəyi.
Cəh-cəh vuran bülbül, oxuyan turacAşiqlər səbrini edirdi tarac.
Məhəbbətlə dolub çağlarkən baharSevgisiz yaşayan könüldən ağlar.
Xosrov, Şirin hər gün qayğıdan azad,Gəzirdilər böylə könülləri şad.
Gah bir çəmənlikdə mey içirdilər,Gah da bir dağlıqda gül seçirdilər.
Əldə badə, gəzib reyhanlıqları,Sərxoş üz tutdular Şahruda sarı.
Bağladılar çayın yanında atı,Ucaldı rud səsi, qalxdı bayatı.
Şəkər gülüşləri dadlı ŞirininŞahrud qamışını eylədi şirin.
Neysandan feyz aldı sanki sədəflər,Şirinin üzündən nurlandı o yer.
Müşki saçlarından ucuzdu ənbər,Qurban kəsmiş şirin ləbinə şəkər.
Balıyla şəkərə güldü o qədər,Xuzistana çatdı fəğani-şəkər.
Müfərrəhlə olmuş nəsimi dəmsaz,Ətrindən müşklər edirdi pərvaz.
Şah kimi boy atmış sərvi yuxarı,Heçdir ona cənnət ağaclıqları.
Nərgiz gözlərini gül görən zamanCırdı üz-gözünü utandığından.
Cəlalda gülləri ötən yasəmənBir kəniz olmuşdu Şirinə qəlbən.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-37
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şirin yuxusundan ayıldı səhərYeni təhlükədən verildi xəbər.
Xosrov və Şirin, fəsil 114İbrət gözüylə bax sən bu əsərə,Özünü uydurma əfsanələrə.
Xosrov və Şirin, fəsil 115Yeddi yaşlı balam, gözümün nuru!Dilimin əzbəri, qəlbim süruru.
Xosrov və Şirin, fəsil 116Gecələr yatmayıb söz deyən kişiDedi: "Belə əydi Xosrovun işi: