Nə zaman ki, bir həsrətdən yandı sinən,Nə zaman ki, yollar üstə dayandın sən,Nə zaman ki, gözlərindən uçdu röyan,Nə zaman ki, dara düşdü arzu dünyan,Nə zaman ki, dodağında dondu gülüş,Sənin üçün bir nağıla döndü gülüş,Nə zaman ki, itib getdi rahatlığın,Sinən üstə qəm qalandı yığın-yığın,Nə zaman ki, nəğmələrin kövrək oldu,Nə zaman ki, bir dərd bilən gərək oldu,Könlündəki dərdi, qəmi bölmək üçün,Gözündəki o yaşları silmək üçün,Çağır, ey dost, mən gələrəm olsam harda,Kəsə bilməz yolumuzu tufanlar da.Çağır ey dost, dar ayaqda sına məni,Bu həyatda, bu torpaqda sına məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri