Can verib sevdüm səni, cana ki, yarim bolğasan
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Can verib sevdüm səni, cana ki, yarim bolğasan,Nə bilürdüm kim, bəlayi-ruzigarim bolğasan.
Bolğasan dedim həzin könlümğə yari mehriban,Demədim kim, afəti-cani-fikarim bolğasan.
Sənsiz, ey gül, növbahar ömrümə gəldi xəzan,Olmadı bir gün ki, sən tazə baharim bolğasan.
Bu ümid ilə sana yari-vəfadarəm ki, sənMərhəmi-daği-dili-ümmidvarim bolğasan.
Ağlamaqdan səndən, ey göz, şərmisarəm şami-hicr,Xanı sübhi-vəsl kim, sən şərmisarim bolğasan.
Tup qıldı başımı, qəddimi çövkani-ruzigar,Sən məgər tup oynayan çabüksəvarim bolğasan.
Məqtə — şairin təxəllüsü olan son beyt. Eşigində Kişvəri tək yüz min qılğıl vətən,Sən gözi heyran əgər bir dəm şikarim bolğasan.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-can-verib-sevdum-seni-cana-ki-yarim-bolgasan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşigində düşmişəm hər gecə daşə yastanıb,Gözlərim giryanü köksüm yarəvü bagrım yanıb.
Vəh ki, bir namehriban dildarı sevdim aqibətVəh ki, bir namehriban dildarı sevdim aqibət,Munca gəzdüm, bir vəfasız yarı sevdim aqibət.
Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrətLəbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrətCəmalun səfhəsində kim, anın ustadinə rəhmət.
Vəh ki, rüsvalıq bilə əfsanə boldum aqibətVəh ki, rüsvalıq bilə əfsanə boldum aqibət,Bisərü samanlara həmxanə boldum aqibət.
Başqa şairlərin şeirləri · Hicran
Bu sözü Ağdaşda - mötəbər bir məclisdə mərhum dostum Qulu Xəlilov dedi.*Balaca, bəstəboy,
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.