Düşdi könlüm dami-zülfin bəndinə təqdir ilən,Eylə kim, qurtulmağı mümkün iməs tədbir ilən.

Həlqə-həlqə kakilün cırmaşdı könlüm boyinə,Necə ikm, aslanı bağlarlar iki zəncir ilən.

Zinhar, ey həmnişin, söylətmə mən divanəni,Kim, tükənməz bu mənim dərdi-dilim təqrir ilən.

Tilbə könlüm çün saçın sevdasi istər hər gecə,İstərəm könlüm muradi naleyi-şəbgir ilən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sizni görgəc Kişvəri can vermədi təqsir edib,Qulluğuna gəldi üştə, yüz tuman təqsir ilən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri