Çün yazılmışdı bu sərgərdanlığım təqdirdən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Çün yazılmışdı bu sərgərdanlığım təqdirdən,Necə kim, cəhd eylədim, pozulmadı tədbirdən.
Çəkmə zülfini əlimdən, ey məhi-bədmehr kim,Dərdinakəm, qorxuram bu naleyi-şəbgirdən.
Vay kim, yüzündən ayru qaldımü can vermədim,Baxa bilmən yüzünə, şərməndəəm təhsirdən.
Yarəb, ol şahi-cəvanan ərzinə nə yetdi kim,Hiç qılmaz yad bir gün mən ğülami-pirdən.
Məqtə — şairin təxəllüsü olan son beyt. İştiyağın şərhini təqrir qılmaz KişvəriKim irür dərdi-dili mə’lum bu təhrirdən.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-cun-yazilmisdi-bu-sergerdanligim-teqdirden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İstərəm ki, varəyim kuyinə yüz ğövğay ilən,Neyləyim heç kimsə yar olmaz məni-rüsvay ilən.
Nola, ey Leyli, məni-Məcnuni xürrəm qılğasanNola, ey Leyli, məni-Məcnuni xürrəm qılğasan,Bəzmi-vəslin içrə mən məhrumi məhrəm qılğasan.
Rəqibi istəməzmən kim, sənünlən həmnişin bolsunRəqibi istəməzmən kim, sənünlən həmnişin bolsun,Yüzün yaşurgil andın kim, çırağın andin bolsun.
Gəldi baharü könlüm açılmaz bəhardinGəldi baharü könlüm açılmaz bəhardinKim, ayru düşmişəm məni-dilxəstə yardin.
Başqa şairlərin şeirləri
Ala gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Qasım bəy ZakirəZakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli mat