Bu oğullar ki bugün qurd kimi meydan sulayır,Ulu yurddaşlara bir şanlı ömür arzulayır!

Bu ərənlər ki ulusdur odu, andı, əməli,Onların dalğalanan türküsünü dinləməli!

Bu igidlər ki bugün meydana atlanmışlar,Yerdə qartalların eşqiylə qanatlanmışlar!

Bu şəhidlər ki bugün qorxusu yox tanklardan,İntiqam almağa toplanmış o daşnaklardan!

Bu qoçaqlar ki bugün canlı qopuzlardırlar,Yirmidörd boydan olan şanlı oğuzlardırlar!

Bu oğuzlar ululaşmışlar, uluslaşmışlar,Onların türküsünü duymaz uruslaşmışlar!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri