Bu dünya bir nağıl kimi,Az gedirik, üz gedirik.

Kimimiz hay-küy qoparır,Kimimiz səssiz gedirik.

Ürəyimiz səma olur,Eşqimiz dəniz, gedirik.

Bizdən qalır çağdaşlarınXəyalında iz, gedirik.

İllər gəlir illər üstə,İllər gəlir, biz gedirik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri