Nur girməz məzara, deyirlər, ancaqNur endi məzara bir axşam çağı,Gözlərim önündə söndü bir ocaqUğradım azara bir axşam çağı.

Günəş batıb getdi, itdi bir anda,Gözümdə yer üzü zülmətə döndü,Bir yolluq batırmı günəş batanda?Bəxtimin ulduzu söndü, nə söndü.

Köyrək hisslərimlə bir ağı hördüm,Dedim ki, bu imiş sevginin sonu.Qəbrə girdiyini gözümlə gördüm,Yenə bu dünyada gəzirəm onu.

O nurlu mələkdən əsər nə gəzir?Nə gəzir? Dünyada mən nə gəzirəm?!Xəyalım gerçəkdə əfsanə gəzir.Dünyada mən onu yenə gəzirəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm