Yaralandım
Ay üzlüm, yenə də sənin üzündənİçimdə dərdlərim sıralandı, oy!Kəskin qılınc kimi kəsən sözündənYaralı ciyərim paralandı, oy!
Dondu qönçələrim sazaq düşəndən,Mən sənin gözündə yasaq düşəndən.Sən mənim gözümdən uzaq düşəndənÜrəyim canımdan aralandı, oy!
Tərlan oylağımı sar alan kimi,Ömür gülşənimi qar alan kimi,Dünya gözlərimdə qaralan kimiBəxtimin ulduzu qaralandı, oy!
Sənsən bu dünyada sözümün başı,Aramam bir özgə könül sirdaşı,Sənin həsrətinlə gözümün yaşıBağrımın başında qoralandı, oy!
Duydum ayrılığın zülümdür, zülüm,Bildim nə deməkdir ölmədən ölüm,O gül əllərinlə Rəfiqin, gülüm,Sağalmaz yarayla yaralandı, oy!..
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-yaralandim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bu həqiqətdir ki, bir səslə edib aləm qəbul:Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti.
Gözəlim bilmədi necəyəm bir azGözəlim bilmədi necəyəm bir az,Kim ona aşiqsə bəxtiyar olmaz.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər