Yarımdan ayrı düşmüşəm,Bu ölümdən betər mənə,Bunca ki sayrı düşmüşəm,Dəyməli bir xətər mənə

Nə ah qalır, nə də kədər,Böylə gəlmiş, böylə gedər.Bayquşlar sabaha qədərNə ağılar ötər mənə.

Ruhumu çağlatmasınlar,Köksümü dağlatmasınlar,Dərdimə dərd qatmasınlar,Mənim dərdim yetər mənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri