Bitdi o görüşlər, getdi o çağlar,Yarımın həsrəti ruhumu dağlar,Dağlar dumanlanar, dərələr ağlar,Sel olub dağlardan tökülsəm, gülüm!

Bağrımın başına zülmət çöküldü,Baharlı bağçamda güllər töküldü,Ömrümün kitabı dördqat büküldü,Yeridir ikiqat bükülsəm, gülüm.

Dərdimi bir kimsə bilməz, ağlaram,Hayıma hayanım gəlməz, ağlaram,Əhdimə gülmə ki, gülməz, ağlaram,Bəxtimə gülərəm mən gülsəm, gülüm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar