Sənintək ağlayanların,Bəlaya uğrayanların,Cəfası çağlayanların,Könüldən ağrıyanlarınGözündə yar olar, Rəfiq.

Baxışların sazaqlaşıb,Umudların yasaqlaşıb,Yaxınların uzaqlaşıb,Diləklərin pasaqlaşıb,Sonunda xar olar, Rəfiq!

Solar çiçəkli bağların,Susar axan bulaqların,Nədir saçında ağların,Neçin dumanlı dağlarınBaşında qar olar, Rəfiq?!

Enişdə qar, duman, yağış,Yoxuşda yoxmu bir çıxış?Yaxır qırovlu bir çaxış,Vüsala uğrasan bu qışDönüb bahar olar, Rəfiq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar