Seyranım onun, seyrim onundur,Dünyada səfam, xeyrim onundur.

İlhamım onun, şerim onundur,Fəxr eylərəm aləmdə adıyla!

Yurdumda sevincim bu ulusdur,Ən şanlı güvəncim bu ulusdur!

Yurddaşlar ulussuz ucalarmı,Bir özgə ulusdan güc alarmı?

Gənclikdir o, gənclik qocalarmı?Sevgim bürünür nura oduyla?

Əfsanəli gəncim bu ulusdur!Ən şanlı güvəncim bu ulusdur!

Bir yol ki, bu yol, yolçu sapılmaz,Bir zirvə ki, əllərlə çapılmaz!

Ondan ulu bir inci tapılmaz,Parlar yaşamaq zövqü dadıyla!

Könlümdəki incim bu ulusdur,Ən şanlı güvəncim bu ulusdur!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən