Sevirəm
Sevirəm mən sevən insanları, candan sevirəm,Sevgi dünyasına könlüm göz açandan sevirəm.
Onların mənliyi şəfqətlə gülümsər sanki,Onlar insanlığı rəğbətlə mənimsər sanki.
Onların ömrü şəfəq dalğalı bir mavi dəniz,Onların könlü çocuq könlü qədər saf, ləkəsiz.
Sevirəm mən sevən insanları, candan sevirəm,Ruhuma sevgi həyat nuru saçandan sevirəm.
Sevən insanlar ədavət nə deməkdir, bilməz,Onlar əlbəttə ki, nifrət nə deməkdir, bilməz.
Oyanıq duyğuları, hissləri qəflətdə deyil,Bəxtiyar olmasa da, heç biri bədbəxt də deyil!
Sevirəm, sevgiyə layiq yaranıb onlar axı,Aləmi sevməyə bilməz sevən insanlar axı.
Sevə bilsəydi ölüm, qan diləyən nadanlar,Yer üzündə açılardı qapanan zindanlar.
Sevə bilsəydi bu dünyada bütün insanlar,Durulardı savaş uğrunda daşan vicdanlar!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-sevirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaralı ney kimi coşar, inlərəm,Dolu gözlərimə çən qovuşanda,
GörünçəDünyamı qaranlıq saran zamanda,Sən doğdun ömrümdə bir günəş kimi.
Ayrıldıq, yolları qar, sazaq olduAyrıldıq, yolları qar, sazaq oldu,Könlüm həsrətinlə yalquzaq oldu.
SevgiSevgidir uzadan ömrü, heyif ki,Ömürdən qısadır dünyada sevgi.
Başqa şairlərin şeirləri · Eşq
نگر کز چشم شاهد چیست پیدارعایت کن لوازم را بدینجا
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Boyun sərvü gözün nərgis, xətin səbzü yüzün gülgünBoyun sərvü gözün nərgis, xətin səbzü yüzün gülgün,Səni bir rövzeyi-cənnət yar etmiş qadir neçün.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur