Ay ağalar, gəlin sizə söyləyim,Dövlətli malını, əl dolandırır.Kəsilibdi hörmət, yoxdu məhəbbət,Yəqin bu dünyanı pul dolandırır.

Bu dünyanın şərabından içməyən,Karvan olub, Haqq yolundan keçməyən,Evdə arvadına sözü keçməyən,İndi koxa olub, el dolandırır.

Aşıq Alı deyər, halım pərişan,Ağ üzündə qoşa xallar hər nişan,Binamus qohumdan, namuslu düşman,Öldürsə, qəbrimə gül dolandırır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm