Qısqanclıq
Faruq Nafiz Çamlıbelə
Kim səninlə üz-üzə, göz-gözə olmaq dilər,Qoy, üzü qara olsun, gözünə qara gəlsin.Kim ömründə bircə gün könlünü almaq dilər,Gecə-gündüz ömürdən, gündən, qoy, zara gəlsin.
Canından olsun səni candan əzizləyənlər,Uğrunda can verənlər ərənlər sayılmasın.Yol azsın səni gündüz yolunda gözləyənlər.Səni gecə yuxuda görənlər ayılmasın!..
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-qisqancliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyaya gələndə gülən olmayıb,Gedənin dadına gələn olmayıb,
Uğradım çox ölkəyə, şairləri çox dinlədimUğradım çox ölkəyə, şairləri çox dinlədim,Şeir dünyasındakı mahirləri çox dinlədim.
Görəsən, gəlhagəli aşıb-daşan günündəGörəsən, gəlhagəli aşıb-daşan günündəVarlılar utanırmı yoxsulların önündə?!
Cazla yaşayanlar nə qanar saz nə deməkdir?Cazla yaşayanlar nə qanar saz nə deməkdir?Yurd eşqi ilə titrəyən avaz nə deməkdir!
Başqa şairlərin şeirləri
Dəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Şərəfnamə, fəsil 42Saqi, ver mənə o qırmızı sudanKi, ondan qocalar gəncləşir hər an.