Başına tuşlanan düşmən xəncəriXalqının qəlbinə tuşlandı sənin.Bu müdhiş ölümün acı xəbəriSağalmaz dərdidir bizim vətənin.

Sinəmiz ocaqdır, sönmür məşəli,Yandıqca gur yanıb, yandırır bizi.O xəncər vuranın qurusun əli!İllər var göynədir ürəyimizi...

O müqəddəs qanın tökülən yerəRuhlar hər zaman səcdəyə gəlir...Dözməyib şair də bu bəd xəbərə,Gündə neçə dəfə dirilir, ölür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən