Bizim bu gözəllər ata-babadanİpək xasiyyətli, həyalı olub.Min oğlan yandırıb yaxsa da gündə,Başında bir gəncin xəyalı olub.

Yanağı kirşansız, gözü sürməsiz,Sünbül hörükləri şalsız, tirməsiz.Üzü ay parçası, göylərdən təmiz,Əlləri xilqətdən hənalı olub.

Su içib hamısı min bir bulaqdan,Odur ki, bal damır dildən-dodaqdan,Oğlanlar küsməsin lalə yanaqdan,Zeynalın da başı bəlalı olub.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar