Ömrün hər gününün öz ləzzəti var,Amma cavanlığa tay ola bilməz,Min yaşıl rəngə də boyasan qışı,Dönüb bircə günü yay ola bilməz.

Gəzsən ömrün boyu meşəni, dağı,Qatsan bir-birinə saysız bulağı,Çapsan qayaları Fərhad sayağı,Gur sellər axmasa çay ola bilməz.

Zeynal sevə-sevə dolubdur yaşa,Namə göndəribdir bir qələm qaşa,Neyləyim, ürəyi dönübdür daşa,Deyib ondan mənə tay ola bilməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri