Gözəllər dəstə-dəstə,Gözəllər qatar-qatar...Gözəllər o qədər ki,Onları nə yer tutar,Onları nə göy tutar!

Bakımın sinəsindəAçan yaşıl, qırmızıÇiçəyə bax, gülə bax!Nə yamandır a dostlarİlin bu vədəsində,Günün bu vədəsindəYaşa dolub, qocalmaq!

Səslər axır könlüməSəpsərin sular kimi,Səslər uçurdur məniŞirin arzular kimi.Səslər tutur qolumdanSanki mənə “qalx!” deyir,Gözəllər qatar-qatar– “Olmaz qocalmaq!” – deyir.Olmaz! Deyir, olmasın!Qoşulum bu gəncliyə,Mən də cavanam deyə.Qaçsalar, qaçım gərək,Uçsalar, uçum gərək,Göydə ayı, ulduzu,Qucsalar, qucum gərək!Bu işin, bu sürətin,Bilirəm ki, çox çətinDərəsi var, dağı var,Yolda yorulmağı var,Dözərəm!Bacarmasam, nə dərdim?Yurdumun gözəlləri,Yurdumun cavanlarıYenə də dəstə-dəstə,Yenə də qatar-qatarGəlib qolumdan tutar,Məni qaldırar göyə“Sən də cavansan” – deyə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri