Çox susadım,Yandım, yandım,Ürəyimdə bir atəş,Ayaq altda qızmar dəmir,Baş üstündə al günəş!Çox susadım,Yandım, yandımBir fəhlənin qarşısında dayandım:– Bir içim su,Bir papaqlı sərin kölgə...Dedim bəlkə...Göstərəsən a qardaş?..Qardaş dedim,Gəlmədi heç qardaşımınNə səsi, nə səmiri,Qardaş dedim,O, daha cəld qaynaq etdiDəmiri.Qığılcımlar ulduz kimiSəpələndi üstümə.Elə bildim birdən-birəSu çiləndi üstümə.O, qaynaqçı papağınıÇəkdi bir az geriyə...Demə, qardaş söyləmişəmCanlar alan pəriyə!..Bulud örtdü bircə andaBaşım üstə günəşi.Nə oldu ki, ürəyiminSöndü odu, atəşi?Ayaq altda qızmar dəmirElə bildim buz oldu?Bildim nədən!Ürəyimi sərinlədənO qaynaqçı qız oldu!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri