Badamlı
Badamlı,nə sərin,Badamlı,nə şirin.Badamlı,adı var.Badamlı,dadı var.Dərdlərin dərmanı,Belə su, de hanı?Axtar, dolan bu dünyanı hey,Bəh, bəh nə gözəl suyu varBizim Azərbaycanın!İç onu, ürəyin qoy sərin olsun!
Badamlı,qazı var.Onun da,bazı var.Sezonu,yaz olur.Heyf ki,az olur.Dərdlərin dərmanı,Belə su, de hanı?
Axtar, dolan bu dünyanı, hey,Bəh, bəh nə gözəl suyu varBizim Azərbaycanın.İç onu, ürəyin qoy sərin olsun!
Badamlı,lal axır.Badamlı,bol axır.Bulaqdan,su çıxır,Deyirsənbal axır.Dərdlərin dərmanı,Belə su, de hanı?Axtar, dolan bu dünyanı hey,Bəh, bəh nə gözəl suyu varBizim Azərbaycanın.İç onu, ürəyin qoy sərin olsun!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-cabbarzade-badamli
← → düymələri ilə keçid, R — təsadüfi şeir