Qapımı döyürlər
Ürəyim bir parça ətlə qan deyil,Qış susqun,Yaz çoşqun Kür çayıdır o!Ömür keçir nə qəm, o talan deyil,Şirin arzuların gur çayıdır o!
Gəldi gözlədiyim bənövşə fəsli,Gəldi o havası çiçək nəfəsliYastıqdan ayrıldı şükür, başım da.Sevirəm dünyanı mən bu yaşımda.
Qapımı döyürlər...“Səksən”im döyür,– Hazırlaş “səfər”ə– Gəlmişəm, – deyir.
Deyirəm: – Geri dön!Tələsmə, dayan!Nə səfər vaxtıdır,Məşğulam yaman.Bu deyil həm də sən axtaran ünvan.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-qapimi-doyurler
← → düymələri ilə keçid, R — təsadüfi şeir