1

Axşam qaranlığı, havalar soyuq,Uyumuş küçədə yurdsuz bir çocuq.Divarın dibində itkin yavrutək,Torpaq üstə düşmüş solğun bir çiçək.Üstün toz basmışdır qurumuş gülün,Qanadı sallanmış yazıq bülbülün.Qırılmış bir daşa söykəmiş başın,Ruzigardan torpaq basıb göz-qaşın.Əyilir, hər zaman sağ-sola dönər,Sudan çıxmış balıq yerdə çırpınar.Hava çiskinləşir, ruzigar əsir,Çocuğun üstündə bir cırıq həsir.Axıb getməkdədir insan selləri,Əsirdi payızın soyuq yelləri.Ayaqlar altında bir quş inləyir,Onun səsin ancaq torpaq dinləyir.Dağılıb gedərkən hər kəs bir yana,Çocuğa heç bir kəs etməz e’tina.Qalın əlbisəli çocuqlar tamam,Enişə, yoxuşa uçur izdiham.Analar yavrusun axtarıb durar,Pənbə flanellərlə baş-gözün sararYuxusun alanlar nahardan sonra,Ailəsin alıb qaçır bulvara.Çocuğa yanaşmaz bir nəfər insan,Yox qeydinə qalan, halın soruşan.

2

Çocuq tez-tez başın qaldırıb durar,Dilini çıxarıb dodağın sorar.O gözdən salınmış xəzan yarpağı,Yerləri qucaqlar, öpər torpağı.Əllərin qaldırıb silər gözlərin,Dinləyən ki, yoxdur həzin sözlərin.Gəzənlər çəkilir, küçə boşalır,Lampalar sönərək işıq azalır.Qapılar örtülür, gəlmir səs-səda,Bayırda yox kimsə ondan maəda.Uzaqdan qaravul sivistok çalır,Buludlar oynayır, yağış sallanır.Ulduzlar gizlənmiş, itmiş asiman,Hər yerdə baxırsan tutğun bir duman.Küçələr qaranlıq, görünməz işıq.Şiddətli qar-yağış yağır qarışıq.Damçılar düşdükcə köpük partlayır,Sular dalğalanır daşdan atlayır.Buludlar ağlayır, novdanlar axır,Hər daşın yanında bir şəlalə var.Səkilər islanır, sular yüksəlir,Divarın dibindən sel axıb gəlir.Çocuq islanırkən durur yuxudan,Anam harda deyib eyləyir fəğan.

3

Gündüz axşamacan gəzmiş hər yanı,Xəstələnmiş çocuq, incimiş canı.Divarın dibində getmiş yuxuya,Yurdsuz çocuq görür dadlı bir rö’ya.Ana qucağında bəslənən zaman,Atası can deyib səslənən zaman.Göründü gözünə evi-eşiyi,Yumşaq nənnisi, nazlı beşiyi,Başında laylalar çalır zümzümə,Gözü anasında ağzında məmə,Nəzərindən keçir çocuqluq çağı,Cənnətə bənzəyən ana qucağı.Gündüz axşamadək qoyulmaz yerə,Bacılar öpərək verər bir-birə.Bacı su qızdırar, ana çimdirər,Ata sevinərək paltarın verər.

Biri gözün silər, canın qurular,Bacılar tələsib tellərin darar.Ata yerin açar, balınçın qoyar,Ana ağzın öpüb yorğanın salar.Bacı oyunçağın düzər yanına,Ata üzün sürtər gül yorğanına,Tük döşəklər üstdə dönər sağ-sola,Xəndələr içində uyuyar bala.Çocuq yetişərkən yeddi yaşına,Gözlənməz bir bəla gəlir başına.

4

Gecənin yarısı ağlar gələndə,Böyük bir həyəcan düşmüşdü kəndə.Göydən yağış kimi tökülür qurşun,Kəndi talayırdı bir ucdan qoşun.Alışıb yanırdı ot tayaları,Taxıl yığınları, odun ambarı.Talançı dəstələr evləri yardı,Bütün iş malların sürüb apardı.Arabalar dolur, atlar yüklənir,Kəndin hər yanından qışqırıq gəlir.Gənclər qırılır, qocalar ölür,Qız-gəlin dağılıb dərbədər olur.Dan yeri ağarıb sübh açılanda,İnsan xoflanırdı kəndə baxanda.Heyvan qismindən var beş-altı köpək,Sağ qalan varsa da tapmayır yemək.Qırılan qırılıb, sağ qalan qaçıb,Ağlar hər tərəfə atəşlər saçıb.Çocuğun yurdundan qalmamış əsər,Ailə qırılıb bitmiş sərbəsər.Dumanlar çəkilib bahar gələndə,Çocuqlar dağıldı kənddən kəndə.Vətəndaş hərbindən dərbədər düşənDivarlar dibində eyləmiş vətən.Sərvətin açdığı qanlı hərblər,Bir çox belələrin salmış dərbədər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Menşeviklərin yeni xəyanəti

Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.

7 dəq
Menşeviklər burjuaziya xidmətində

Hacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.

14 dəq
Texniklər məktəbində gizli iş

Jenyanın gimnaziya imtahanlarına hazırlıq işi texniklər məktəbi direktorunun iş otağında aparılırdı. Mixaylovski hər gün saat dördün yarısında öz kabinetində oturub Jenyanı gözləyirdi.Jenya gimnaziyaya hazırlaşmağa başladığı gündən Mixaylovski də ona öz sevgisini elan etməyə başlamışdı. O, Jenyanı cəmiyyət arasına çıxa biləcək ziyalı və mədəni bir qız edəcəyini, onun təhsil və tərbiyəsini gözəlliyi qədər yüksək dərəcələrə qaldıracağını vəd edirdi. O, hər gün öz kabinetində gül dəstələri, konfet, şokolad hazır etdirirdi, imtahana hazırlanmağa verilmiş iki saat vaxtın mühüm bir hissəsi sevgi fəlsəfələrinə, dostluq cümlələrinə sərf olunurdu.

26 dəq
Silahlı üsyan hazırlığı

«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».

9 dəq

Başqa şairlərin şeirləri