Toy gecəsində
1
Axşam saat onda lampalar yanır,Üfüqlər get-gedə qaranlıqlanır.Qayadan sürüsün ağnadır çoban,Qoyunlar, quzular mələr yanbayan.Əkindən qayıdıb gələn çütçülər,Atların kişnədər, öküzün sürər.Kəndin hər yanında insan qaynaşır,Ülkər axıb gedir, qayadan aşır,Bulud qara çarşab çəkir ulduza.Meşələr bənzəyir qəmgin bir qıza.Kəndlilər gedirlər istirahətə,Hər tərəf qərq olur bir sukunətə.Haq quşunun gəlir həzin nəğməsi,Eşidilir hərdən bayquşun səsi.O səslər qəmli bir dastan deyir,Bir kəndli qızının qəmin söyləyir.Ara sakitləşir, gəlmir səs-səmir,Ancaq çox uzaqdan bir işıq gəlir.
2
Saat on ikidə çəkilməz nəfəs,Lakin bir binadan ucalırdı səs.Qadınlar toplanıb oynayır, çalır,Qızı köçürməyə az zaman qalır.Qız-qadın bir-birə vermiş əllərin,Qızlar yallı gedir, utanır gəlin.Qarışıb bir-birə çalan-çağıran,Dəfini oynadan, sazını çalan.
Oğlanlar oynayır, qızlar oturur,Qızlar oynayanda oğlan əl vurur.Heç kəs istəmirdi açılsın səhər,Oğlan-qız danışıb gözlərin süzər.Gəlinlər danışır, qızlar qısqanır,Tərlər damçılayır, yanaq islanır.Ancaq bir otağın hər yanında qəm,Hər bucağa baxsan görünür ələm.
3
Gəlin aparmağa gələn dəstələr,Qapıda yığışıb intizar çəkər.Qonum-qonşu tutub Tellinin yanınBiri ənnik sürtür, biri kirşanın,Birisi gəlinin bağlayır belin,Saçlarını hörür, darayır telin.Hər gələn qucaqlar, soruşar halın,Yaşmağın düzəldər, bağlayar şalın.Təsəlliler verər gəlinlər ona,Qızlar həsrət ilə baxar boyuna.Lakin ağlayırdı könülsüz gəlin,Gözünün üstündən qaldırmaz əlin.Nişanlanan gündən ərin istəməz,Ata qorxusundan «getmərəm» deməz.Fürsət tapan kimi qaçar eyvana,İntizar, intizar baxır ormana.Başın dolandırır solundan sağa,Sirrin aya söylər, dərdlərin dağa.Bir kəsi axtarır bəlkə də gözü,Ona aşkar idi hər gizlin sözü.Günün birisində komsomol Sona,Bir yardım və’dəsi vermişdi ona.Sonanın yanına göndərmiş adam,Xəbər gəlməmişdi dörd saat tamam.Hər zəif bir səsdən gözləyir nicat,Hər xırda qaraltı böyük bir həyat.
4
Saat biri çalır, xoruz banlayır,Ata yamanlayır, yengə danlayır.Xəbər verən yoxdur komsomol qızdan,Telli dışarıya qaçır durmadan.
Ancaq az çəkmədən dəyişilmiş hal,Toy evində düşmüş böyük qalmaqal,Hər kəs bilmək istər gəlindən xəbər,Evi bucaq-bucaq gəzir yengələr.Atası qeyzindən tökür göz yaşın,Kürəkən əyləşib sındırır başın,Deyir: — Bərbad oldu arım-qeyrətim,Düşmənə qoşulub qaçdı övrətim.Kəbinli arvadı qaçıranlara,Gərək tutub vuram iki yüz yara.Qabaqca öldürəm gərək Tellini,Çünki bada vermiş məzhəbi, dini.Kürəkən silahlı axtarır qızı,Cəza vermək üçün həman arsızı.Dan yeri ağardı, açıldı səhər,Kürəkənə gəldi Tellidən xəbər.Ancaq kürəkəndə qalmamış qəzəb,Şübhəsiz var idi bunda bir səbəb.Arabir çoşaraq öz-özün döyür,Komsomol Sonanı xəlvətcə söyür.
5
Telli saat birdə çıxmış balkona,Qaçırmışdı onu komsomol Sona.Canavar əlindən qurtaran gəlin,Qəlbinə gətirmir şəriət, kəbin.Üstündə gördükcə gəlin zinəti,Toyu xatırlayıb edir nifrəti.Ənnikin təmizlər, kirşanın silər,Sün’i gözəlliyə nifrət bəsləyər.Silinir boyalar, yuyulur bəzək,Sadə bir gözəllik ay ziyası tək!Qızıl biləziklər, mina sırğalar,Biləkdən açılar, qulaqdan çıxar.Sürmədən təmizlər qara gözlərin,Əynindən çıxarar zərin-zivərin.Atar köhnəliyi üstündən tamam.Leninin yoluna eyləyər davam.Kənd qadınlarını qurtarmaq üçün,Telli sərf edərdi varlığın bütün.Verərək əl-ələ komsomol qızlar,Qadınlara azad bir dünya qurar.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-toy-gecesinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Avqustun 31-də başlanmış və ingilislərin tam məğlubiyyəti ilə qurtarmış qanlı müharibə, indiyə qədər tərəddüdlə danışılan ricət məsələsini çox qəti qoymuş oldu. Beş saat davam edən bu qanlı müharibə ingilislərin Bakı haqqındakı arzularını sabun köpüyü kimi puç etdi. Türklərin hücumu həm sağ, həm də sol cinahın böyük tələfatla çəkilməsinə səbəb oldu.Tam bu həlledici müharibə zamanında Bakı müdafiəsinin nə vəziyyətdə olduğunu yoxlamaq üçün Bağdaddan gələn general Liyuin də Bakıya varid olmuşdu.
XXXII. Sentyabrın 14-də Bakıİngilis generalı Mərkəzi Kaspi Diktaturası üzvlərindən aldığı etiraz məktubu barəsində London və Bağdad ilə müzakirə apardıqdan sonra Bakını boşaltmağın təxirə salınmasını qət etdi.İngilislər Almaniya-Fransa çəbhəsindəki dəyişikliklər və Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxması ilə əlaqədar olaraq, Bakının türklərə təslimini təxirə salmağa qərar verdilər. Zira Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxaraq müttəfiqlərin təkliflərini qəbul ilə ayrıca sülh müqaviləsi imza etməsi, İstambula quru yolu açmış olacaq və bununla da müttəfiqlərin qoşunu İstambula girə biləcəkdi.
XXXIII. Osmanlı xəfiyyəsiOsmanlı xəfiyyə təşkilatının birinci gündən başladığı iş, Leyla xanımı axtarmaqdan ibarət idi.Əvvəlcə onlar Leylanın sentyabrın 14-də axşam saat ona iyirmi dəqiqə işləmiş Hacının evindən faytona oturub getdiyini öyrəndilər. Bütün şəhəri alt-üst etdilər. Onun erməni qızı Esterlə tanış olduğunu və Esterin də sentyabrın 14-də oğurlandığını öyrəndilər. Bu da fayda vermədi. Sonra onlar Bakı qoçularının şöhrətlilərini toplayaraq Leylanı və erməni qızı Esteri onlardan tələb etdilər.
XXXIV. Leylanın romanı1. Bağdad, mart 1917-ci il.Şərq ölkələrinin tükənməz sərvətini Dəclə çayı kimi xəlifələrin xəzinəsinə axıdan, ticarət və siyasətin əsas qərargahı kəsilən Bağdad şəhəri, martın ortalarında sanki yeni bir dövrə girməyə hazırlaşırdı.