Gəldim, niyə sevinmədin,Çağırdım, niyə dinmədin?Gözlədim, geri dönmədinBilmədinmi balan gəlib?!

Həsrətinlə nə zamandırMən qocaldım, dərd cavandır.Səsimə səs ver, amandır!Sənə həsrət qalan gəlib.

Bu dünya ölüm-itimdir,Uşaq anadan yetimdir.Demə, ürəyim bütündür,Ömrü-günü talan gəlib.

Sədaqətlim, qız ismətlimSaf ürəklim, xoş xilqətlim!Bizə ümman məhəbbətlim!Sənsiz yetim qalan gəlib.

Ağır illərin dayağı,Zülmət günlərin çırağı,Hardasan, dərdim ortağı?Dillən, dərdlə kalan gəlib.

Qoy əlindən, ayağından,Öpüm solğun yanağından.Bu müqəddəs torpağındanBir təsəlli alan gəlib,Ana, yetim balan gəlib!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri