Qar yağanda yağan qarıAlça çiçəyi sanardım.Qış yellərinin səsiniÇoban tütəyi sanardım.

Saçlarımda qar qalağı,Dolaşardım bağça-bağı...Çünki o vaxt ürəyimdəMəhəbbətin odu vardı,

Hara getsək, cüt gedərdik,Cüt gələrdik.Biz onda elə bilərdik:Ölüm gəlsə cüt ölərik,Bir qəbirdə dincələrik.

Bir arzuyla yaşarkən biz,Puça çıxdı niyyətimizÖlüm bizə baxıb güldü,Məni sevən mənsiz öldü.Məhəbbətsə yenə yaşar,Mənim kimi:Gözündə yaş,Başında qar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm