Quzular mələşəndə
Zoğallar çiçək açır,Fikrimdə durna uçur,Qönçələr gülab içir,Quzular mələşəndə.
Aranda ot cücərir,Tarlada dən göyərir,Fikrim bənövşə dərirQuzular mələşəndə.
Dağlarda əriyir qar,Qar suyu içir çaylar,Təbiət çiçək paylarQuzular mələşəndə.Səməni eli gəzər,Hər evdə süfrə bəzər,Yaz yeli qönçə düzərQuzular mələşəndə.
Açılar qar çiçəyi,Bağlarda bar çiçəyi,Döyünər qız ürəyiQuzular mələşəndə.
Bu vəfasız dünyada,Ömürlər gedir bada.Məni də salın yadaQuzular mələşəndə.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-quzular-melesende
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər
Ey sariban, qətarımızı kuyi-yarə çəkEy sariban, qətarımızı kuyi-yarə çək,Rəhm et, bu dağidarləri laləzarə çək.
Sən güləndəSən güləndə ellərəAl günəşli yaz gəlir.