Qoçaqların şan-şöhrətin,Qorxaqların baş töhmətinOlan, təklənmiş millətim!Qoçağa, qorxaq deyilməz,Heç zərbədən dağ əyilməz.

Qalx, ey adı oğul olan,Torpağı düşmənə qalan,Meşələrdə donan balanQısasa çağırır səni,Qalx, qurtar doğma vətəni.Kömək gəlir yad ellərdən,O günü ağlayıram mən,“İanəyə” qaldıq nədən?Qəhrəmanım, gir döyüşə,Düşmənlərlə dur döş-döşə.Hanı o naz-nemət dolu,Açıq süfrən, vətən oğlu?Səadətin var bir yolu:O, namus, qeyrət yoludur,Düşmənə nifrət yoludur.

Laçının qəhrəmanları,Kəlbəcərin aslanlarıŞuşanın bəy cavanları,Qubadlının, Zəngilanın,Ay Ağdamın tərlanlarıBarlı bağlar, ağ saraylar –Sizi o torpaq haraylar.Qalx ayağa, dağ vüqarım!Qayıt yurda, namus, arlım!Gəncim, qocam, başı qarlım!Qalx, silaha sarıl dahaQalx, and verirəm Allaha!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən