Cana, üzündəki o iki mahitabə bax!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Cana, üzündəki o iki mahitabə bax!Qəlbimdəki bu dərdə, qəmə, iztirabə bax!
Zülfün xəmində xalına bax, dil edir kəbab,Rüxsarım üstünə tökülən xuni-abə bax!
Gül üzlərə tökəndə qara zülfü yel deyir:Eyvah, günəş üzünü tutan bir səhabə bax!
Cana, o səndə işvəyə bax, nazü qəmzəyə,Könlümdə dərdü möhnəti gör, səbrü tabə bax!
Qəm dalğası hücuma keçən dəmdə qəlbimə,Çeşmim kənarına yığışan bir hübabə bax!
Ayinəni alıb ələ fəxr etmə hüsnünə,Ömrüm xəzanı ahi-dili-bihesabə bax!
Kafir bu zülmü kafirə qılmaz, gözəl, rəva,Allaha bax, peyğəmbərə, quran, kitabə bax.
Məqtə — şairin təxəllüsü olan son beyt. Şaiq çəkəndə şamü səhər ahi-dərdnak,Zülf ilə türrələrdə olan inqilabə bax!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-cana-uzundeki-o-iki-mahitabe-bax
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu kuzənin torpağı alınmış el bağından,Bəlkə də o yapılmış gözəllər torpağından.
Böyük hicranBöyük qardaşım Məmməd Səid Ordubadiyə ithaf*Yadımdadır, o gün ki sən sərilmişdin yatağa,
Ölümə həcvEy ölüm, oy, nə yaman siman var:Qaşqabaqlı, qara, çirkin, yassar.
VətənimEy vətən, ey gözəllərin gözəli!Qəlbimin ey sevimli şah əməli!
Başqa şairlərin şeirləri · Eşq
Ürəyimi eləyib qanAğlama Nigar, ağlama...
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Qəzəl: Zülfi-siyahın oldu bu gün hüsnünə niqabZülfi-siyahın oldu bu gün hüsnünə niqab,Axşam araya düşdü, qürub etdi afitab