Alovlan, ey könül, yenə alovlan!Bu gün lap dəyişib o günkü canan.Dilbərin yorulub səyahətindən,Düşübdür o keçən təravətindən.Bir zaman o pəri yalnız yaşardı,Quş kimi sıldırım dağlar aşardı.İndi bükülmşdür böylə tez beli,Sığal verilməyən o qumral teliTarimar görürəm… Bu bəsdir mana,Ey məni tərk edən, qal yana-yana!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq