Sənəm qarının pıçıltıları
Bizim kor Sənəmin bir mərəzi var,Gündə yüz qapıya o baş vurmasa,Sinədən söz doğub, söz uydurmasa, Ürəyi partlar.Qalxıb başmağını geyər hər səhər,Bir insan şəhərə ayaq basmamış;Sənəm radioya qulaq asmamışDeyir ki:— Məndədir bu gün son xəbər!..— Nə var? Xeyir olsun… Ay Sənəm qan.— Ay oğul, gördünüz ağ buludları?— Nə olsun, göy də var, ağ bulud da var.— Yox ey… bu qədər də heç bulud olar?Bəlkə səməlketdir… Yox, Sənəm qarı!Qatla cibinə qoy uydurmaları…Əvvəlcə yerdə bax samalyotlara,Sonra da oxşatma ağ buludlara…Gördü ki, yığışır gəlib gedənlər,Sənəm bu söhbətdən keçdi bir təhər…Keçdi güllə kimi o, tindən-tinə,Oturdu sahildə bir daş üstünə.Bir az şair kimi baxdı dənizə,Hər nəsə uydurmaq istədi bizə,Bir şey çıxmadı…Sonra Sənəm qarı, "o zülfü qara"Baş çəkdi aynabənd mağazalara,Qapıda saxladı o bir nəfəri:— Ay qız… müharibə düşəndən bəriSoğan da qalmayıb bu dükanlarda…Ay bala, düşmən də qalmasın darda.— Qız Sənəm qarının tutdu qolundan.İçəri aparıb göstərdi bu an:— Odur, bax, soğan da, çay, şəkər də var.Nə qədər istəsən al evə apar.Sənəm utanaraq astaca deyir:— Doğrudan varmış ki… başıma xeyir…Axşamdır… Həyətdo şəst oturmuşdur.Qadınlar başına dövrə vurmuşdur.Uzanmış Sənəmin tüklü çənəsi,ötür yavaş-yavaş o bayquş səsi:Bir yuxu görmüşəm, yuxu nə yuxu…Özüm də bilmirəm nə olduğunu.Gördüm ki, gəlinəm… geymişəm dümağ,Çıraqban olmuşdur gəldiyim otaq…Taxt üstə şah kimi çıxmışam yalqız,Hamı qulluğumda dayanıb, ay qız— Lakin bu sözləri dedikcə Sənəm,Nədənsə əhvalı pozuldu bir dəm:— Yuxuda toy görmək pisdir, deyirlər.Ban gəlməyəydi qara bir xəbər…Qoca vaxtımızda baxtımıza bax!Deyəsən, qapımız qıfıllanacaq…Nə bilim lemsədir, firəngdir nədir.Sənəmçin yuxu da bir bəhanədir,Onun doğrudan da öz mərəzi var,Bir söz uydurmasa ürəyi çatlar,Daş kimi yanına düşər qolları…Lakin daha bəsdir, gəl, Sənəm qarı!Şerin dustağısan bu gündən belə,Gəl ki, sifətini göstərim elə…Düşməndir arada söz gəzdirənlər,Bəzən iblis kimi qəlbə girənlər.Düşməndir boşboğaz dolaşan hər kəs,Ağzı avaradan dost ola bilməz.Bəsdir uydurduğun bu min bir yalan,Düşməndir araya çaxnaşma salan.Di gəl, daha bəsdir, gəl,Sənəm qan! Şair həbs eləyir boşboğazları.Gəl düş qabağıma, tutmuşam səni,Özüm quracağam son məhkəməni.Budur əvvəlcədən verdiyim qərar.— Vətəndaş deyildir söz uyduranlar!..Gəl düş qabağıma, gəl, Sənəm qarı!Şair həbs eləyir boşboğazları!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-senem-qarinin-piciltilari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından,Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından.
Lənkəran şeirləriTaleyimdir ilham almaq,Söhbət açıb, qələm çalmaq
Bahar və mənBahar nə xoş gəlir, ruha dad verir.Xəyala, duyğuya qol-qanad verir;
Şerimizin ağsaqqalıQoca Cambul! Ömrün boyuYetim gəzdin o yurtları...
Başqa şairlərin şeirləri
Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Alım qadanıYırtıldı bütün pərdələr,Hamının üzü açıldı…
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm