Qoca Cambul! Ömrün boyuYetim gəzdin o yurtları...Əsdi sənin ağ başındanQara günün sərt ruzgarı.Tamburunu çaldıqca sənSusdu bülbül, dindi çəmən.Bir zamanlar nə sən, nə mənŞad görmədik dostu, yarı.Soldu çiçək, saraldı gül,Boyun bükdü sarı sünbül;Yas paltarlı qoca bülbül,Dərdli gəzdin çəmənzarı...Bəylər içdi ağ qırmızı * ,Qurdlar yedi haqqımızı.Səhraların oğlu, qızıBir görmədi dünya varı.Gecən qara, günün qara,Batdı gözün çuxurlara;Qaranlığı yara-yaraSən can atdın günə sarı.Keçən keçdi, olan oldu,Yaman günün ömrü soldu;Səni gördüm, sinəm doldu,Dəmə çəkdim bizim tarı.Tamburunun simi qoşa,Birtaxtadır başdan-başa,Qanad verir dağa-daşaAna yurdun havaları...Nə xoş gəldi ömrün yazı,Pozulmazdır bizim yazı...Tambur ilə telli sazıQabaqlaşıb çalaq barı.Şeir yazmaq şərəf oldu,Şeir inci, sədəf oldu.Durna kimi səf-səf olduSinəmizin söz qatarı.Sevgi dildə şüar olsun,Vəfasıza çox ar olsun!Vurğun deyər: qoy var olsunİnsanlığın ilk baharı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar