Bizim gəncliyə
Bizim gənclik bəsləmişdir, böyütmüşdür aslanları.Bu gəncliyin gözlərindən oxuyuruq ilk baharı:Bu gün könlüm dərdə düşdü, könül dedi: noldu şair,Qurtarmadı gəncliyimin qəhrəmanlıq dastanları?
Bu gəncliyin ağ alnında açılmışdır ay qabağı,Bu gəncliyin əlləriylə qurulmuşdur sənət bağı;Nə xoşbəxtdir vətən oğlu, nə xoşbəxtdir vətən qızı,Bu gəncliyin sinəsinə çəkilməmiş hicran dağı…
Salam sizə azad eşqin, azad qəlbin yolçuları.Məhəbbətdir bu dünyanın tükənilməz böyük varı,Sevin, gülün, xoşbəxt olun diləyimdir gözəl dostlar!— Mən də yazım dəftərimə eşqə sadiq olanları.
Mən qəlbimlə, ilhamımla öpməkdəyəm bu gün sizi,Əzbər deyin şerimizi, təmiz bilin dilimizi.Bizim gənclik qaldıracaq ulduzların qucağına"Vaqif"lərə ilham vermiş şeir, sənət elimizi.
İndi mənim bir sözüm var kəndimizin qızlarına.Ceyran çıxar dəstə-dəstə bizim Muğan düzlərinə;Böyük rəssam təbiətdir, o çəkmişdir sürməsiniBizim duma gözəllərin qaşlarına, gözlərinə.
Mən gözəllik aşiqiyəm yarandığım gündən bəri,Bizim qızlar nə mələkdir, nə huridir, nə də pəri.Onlar geyib bəzənəndə, kəklik kimi gülüşəndə,Söhbət açır, saza tutur bizim gözəl məclisləri.
Bizim böyük dünyamız da gözəlliklər dünyasıdır,Hər könülün sığıncağı bir məhəbbət dəryasıdır.Daşa dönsün bu dünyada məhəbbəti ucuz tutan,Mən təzədən yazacağam hələ bunlar harasıdır!
Bizim qızlar sığal versin lalə rəngli yanaqlara.Qoy oxşasın ağ bənizlər quzeydəki təmiz qara.Sən ey şair ilhamımın ilk anası, ilk bacısı,Səhər-səhər bax günəşə, saçlarını təmiz dara!
Sən ey insan qüdrətinin ilk beşiyi böyük ana!Pərvanələr dolanmışdır ətrafına yana-yana.Qoy düşməsin əllərindən o kitablar, o dəftərlər.Taleyimiz, tərbiyəmiz tapşırılır bu gün sana.
Elmin gücü yol açmışdır kilidlənmiş dənizlərə,Mədəniyyət işıq verdi sarı solğun bənizlərə.İnsan oğlu öz elmilə səmaları seyr edəcək,Göydə yanan ulduzları çiçək kimi dərə-dərə.
Lakin elmin bacısı var — o da təmiz bir ürəkdir,Saf ürəkli insanlardan tarix xeyir görəcəkdir.Biz qururuq, yaradırıq bu sədaqət dünyasını.Bizim gənclik nə büsatlar nə dövranlar sürəcəkdir…
İnsan oğlu unutmamış düz salamı, düz ilqan;Deyən qalmış orda-burda yenə vicdan oğruları.Onlar elin əllərilə qulağından mıxlanacaq,Müqəddəsdir əzəl gündən elin haqqı, elin varı.
Əziz tutaq, yaxşı bilək yoldaşlığın qədrini biz,Can yandıraq bu dostluğa, qardaşlığa hər birimiz.Qoy utansın dünyamızdan hünərsizlər, dar gözlülər.Qəhrəmanlar ömür sürər qəlbi təmiz, hissi təmiz.
Ürək təmiz olmalıdır bulaqların suyu kimi.Bəzisinin vicdanısa qaranlıqdır quyu kimi.Bu dünyadan payı yoxdur bu qeyrətsiz paxılların,Ömrü günü gəlib keçir tox qarına yuxu kimi.
Bir çoxu da ömrü boyu başqasına böhtan atar.Şöhrət üçün, mənsəb üçün, vicdan alıb vicdan satar.Lakin hünər meydanında, salağanta başı batmış,Kötrüm düşən öküz kimi samanlıqda yeyib yatar.
Boz qarğalar qarışmasın bülbüllərin xoş səsinə,Bizim gənclik yaranmışdır qəhrəmanlıq həvəsinə.Qoy anlasın birdəfəlik lağlağılar, boşboğazlar;Yalnız hünər yaraşmışdır bizim Odlar ölkəsinə.
Qoy var olsun bu dövranlar, bu dil açıb ötən sazlar,Bülbülləri cəh-cəh vuran bu çiçəkli güllü yazlar.Zaman keçir, həyat gülür, uşaqlar da alim olur,Daha bəsdir, adam olsun xeyrə-şərə yaramazlar.
Yoxsa gedir karvanımız aya san, günə san,Tarix durub gözləməyir öz yerində sayanları.İlham bizim, sevgi bizim, Vətən bizim, hünər bizim,Qoy var olsun bizim gənclik, bu gəncliyin ilk bahan.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-bizim-gencliye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə şeirlərin qarşımdadır, bax,Sənin kitabçanı varaqlayaraq.
Ömrümün gündəliyindənBu gün qızcığazım Aybənizlə mənGöz-gözə baxışıb güldük ürəkdən.
BöhtanMənmiyəm "vicdanı, məsləki satan"?Yaxamdan əl çəksin bu qara böhtan.
Aşıq qardaşımaGəl qələm götürüb, qoşa saz tutaq.Süsənlər, sünbüllər, güllər bizdədir;
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Solubdur «Xarı bülbül»lər, olubdur bu çəmən yazıq,Uçubdur sarı bülbüllər, qalıb sərvi-səmən yazıq.
Ümidi-vüsali-canan, yaxud qəm yeməMahi-Kən'anın gəlir, ey piri-Kən'an, qəm yemə,Beyti-əhzanın olur bir gün gülüstan, qəm yemə.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,
صبح ازل ز مشرق انوار بردمیداز نور روی یار به ما لمعهای رسید