Bakı təranələri
Bakı, səndə doğulub, səndə dolmuşam yaşa,Gözlərimlə görmüşəm sənin inqilabını.Yaşa əməllərinlə, günəş ömürlü yaşa,Bəzəyim şöhrətinlə eşqimin kitabını.Hünərlər meydanında qolundur, qanadındır,Sarsılmaz dayağındır cürətli övladların.Tarixlərə bəzəkdir, şərəfindir, adındır –İgid, aslan ürəkli, qeyrətli övladların!Nəbzimizdə vurursan bütün varlığınla sən,Ayaq izlərimiz var sənin hər qarışında!Əzminlə, qüdrətinlə, bəxtiyarlığınla sənBirincisən, birinci zəfərlər yarışında.Saysız şəhər görmüşəm bu qoca dünyada mən,Nəğməmdə, hər sözümdə səndən gözəli yoxdur.Bakım! Səni salmışam – harda olsam – yada mən,Mənim şair gözümdə səndən gözəli yoxdur.Günümüz xoşdur bizim, gözümüz toxdur bizim,Torpağa can veririk, öz şirin canımızdan.Heç kəsin torpağında gözümüz yoxdur bizim,Yadlar gözünü çəksin Azərbaycanımızdan?!Gör nə xoşbəxtəm ki, mən sevimli paytaxtımınƏli qızıl qələmli fəxri vətəndaşıyam.Qapıları laybalay açılıbdır baxtımın,Bu adı hər an gərək iftixarla daşıyam!Yaz, şair, yaz, bu yolda həmdəmindir bahar, yaz,Çalış bircə kəlmən də cansız, qansız olmasın.Bakıdan çox yazmısan, bu azdır, yaz, yenə yaz,Yaz ki, Bakı günləri Süleymansız olmasın!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-baki-teraneleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ən müqəddəs məbədiydi vətən Vaqifin,Şair könlü bülbül kimi ötən Vaqifin.
Yaxşı ki varamAzərbaycanımda yaxşı ki, varam,Söz gülüstanımda yaxşı ki varam.
Bahar ürəyimdədirBu əvəzsiz, bu gözəlDiyar ürəyimdədir.
Dədələr, babalar ocağındayamKönlümdə bir dərya nəcib arzular,Yenə dərdli Araz qırağındayam.
Başqa şairlərin şeirləri · Vətən
Kim ki, eylərsə libasini mübəddəl kəfənə,Deyirəm: "Çəng vurub daməni-"Hübb ül-Vətən"ə.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Məsul işMəsul işə qoyuldunOğul, işin mübarək!
Təbrizin küçələriGecə yuxuma gəldi,Əvvəlkitək gözəldi.