Ordu qəzeti
Üçillik yubileyinə ithaf
Üç yaşın mübarək, ordu qəzetim!Anandır bu Odlar yurdu qəzetim!
Doğuldu sinəndə Qarabağ dağı...Doğulduğun gündən vətən torpağı –Səni cəbhələrdə döyüşçü gördü,İgid övladları qoruyar yurdu.Ağılda müdriksən,Yaşda uşaqsan.Ancaq qəhrəmansan,Mərdsən,Qoçaqsan!Qələmin – süngüdür,Sözlərin – güllə!..Sən onu düşmənin köksünə zillə!Səni sinəsində gəzdirən ərlərSözümüzü xalqa çatdır! – deyirlər.Sən ey mərdlərimin cəbhə yoldaşı!Bu adı daima vüqarla daşı!Anan Odlar yurdu – AzərbaycanınSəni təbrik edir, körpə tərlanım!Mənim də bu şerim olsun güldəstə,Qoyulsun söz dolu sinənin üstə!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-ordu-qezeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Təbrizin bağlarından,Dərmişəm ətək-ətək.
DeyərsənHasan əmi, bir Allahın eşqinə,Mənim ərzim o canana deyərsən.
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,
Xosrov və Şirin, fəsil 101Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."