Sultanbud dərdi
Sultanbudun bülbülləriHara uçub?Hanı o nəğməli səslər?Sultanbudun çiçəkləriHara köçüb?Hanı kölgəli vələslər?
Hanı o yaşıl talalar,Yuvada ətcə balalar,Hanı yemlikli talalar?Hanı o nəhəng palıdlar?Quşlar köçüb,Güllər solub,Gur bulaqlar quruyubdur,Yeri qəhər bürüyübdür,Nə göyünə bulud gələr,Meşələri talan olmuşBu “səhraya” yağış çilər.
Bu meşələr zalımların baltasıylaKəsilibdir, talanıbdır,Köksündə od qalanıbdır,Göy buludsuz,Yer çiçəksiz,Quş yuvasız qalıb burda.Kim qəsd etdi, kim bu yurda?Sultanbudun adı qalıb,Ürəklərdə odu qalıb.Sultanbudun fəryadınıEşitməyən qulaqlaraPambıq tıxansın!Sultanbudun fəryadını eşitməyəmAlçaqların ürəyi yansın!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-sultanbud-derdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Heydərbaba, Şəhriyarın necə oldu?Niyə dövran xalqımızla gec oldu?
Ölmə, Mədinə, amandı!Şairə Mədinə Gülgünün əziz xatirəsinə*Ağaclar bağlayıb puçur,
Saz, söz qalandırÜrəyim yaman dolubdur,Bülbül ölüb, gül solubdur,
Böyük Hüseyn CavidəVarlığı həqiqət, yoxluğu yalan,Cavid! Ey ustadlar ustadı olan –
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ağstafanın Qıraqkəsəmən kənd qəbiristanlığında anamla dayım yanaşı dəfn edilib.*Bacı-qardaş yanaşıdı,
Boyun bir sərvi-rənadır güli varBoyun bir sərvi-rənadır güli var,Səmən üzrə pərişan kakili var.
Atəşkədə, fəsil 18شد فرشته ارض سوی آسمانکه فرشته ابر باز آمد دمان
TəbrizinGör nə əcayib gülü var Təbrizin,Dil-dil ötən bülbülü var Təbrizin,