Ləpələr qanlıdır Arazda yenə,Nalə var çaldığım bu sazda yenə.Yenə hər tin başında dar ağacı,Ağlayır qardaşından ayrı bacı.Yenə hər yerdə qan, ölüm dəhşət...Çeynənir zülm əlində bir millət.Gül – deyirlər ürəkdən ağlayana,Bulaşıb gül, çiçək, çəməndə qana.

Vətənin sızlayır ürək yarası,Buna şahid o dərdli “Ərk qalası”.Yox əsər orda, yox azadlıqdanMüstəbidlərsə hey deyir qan, qan.İndi artıq dünənki şən qızlarİydəliklərdə ağlayıb sızlar,Yox günəşdən nə bir əsər, nə bir iz,Bir böyük yas içindədir Təbriz.Əvəz etmiş gözəl baharı, xəzan,Yanmayıb neyləsin bu şeri yazan?!Necə dözsün ürək bu ayrılığa?Son verilsin gərək bu ayrılığa!Bilirəm ki, o an, o gün gələcək.Yenə Təbriz çiçəklənib güləcək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar