Bir bahara əl uzatdım, bir qışaQayıt, dedim, qayıtmadı.Bir səhraya qəfil düşən yağışaQayıt, dedim, qayıtmadı.

Yazımın son bənövşəsi – küsənim,Günəş sənin, torpaq sənin, su sənin.«Ay ətrindən doymadığım süsənim,»Qayıt, dedim, qayıtmadı.

İnadına qamçı vurub ötürmə,Uçan dağın daş ömründən ömür nə?Qaya yıxdım, bir də qaya ömrünəQayıt, dedim, qayıtmadı.

Daş ayıltdı, su kiritdi bu havar:Qocalığa nə tələsək, bu ha var.Gəncliyimi harayladım bu hava:Qayıt, dedim, qayıtmadı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar