Dağ uçdu – uçunma, vaysınma hədər,Qopanı saxlamaz nə güc, nə qılıq.Çox dağı yerindən oynatdıq, hələBir daşı yerinə qaytarmamışıq.

Bir qaya bir zaman dağımış, Allah!Səbir kürəsində əridib zaman.Görən nə olacaq bu uçuq qala?Görən nə qalacaq daş boydalardan?..

Pitsunda, sentyabr, 1981

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri