Əlvida, dağlar!
Bəlkə bu yerlərə bir də gəlmədim,Duman, salamat qal, dağ, salamat qal.Dalımca su səpir yoxsa buludlar? –Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,Nərgizlər saraldı şehli çəməndə.Ey qaragöz pəri, dalımca sən dəBoylan, salamat qal, bax, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,Gedirəm, əl edir boz biçənəklər.Nidamı çaylara dedi küləklər:Bulan salamat qal, ax – salamat qal!
Dağların pələngi, şiri də sənsən,Şairi də sənsən, şeri də sənsən.Varı, bərəkəti, xeyri də sənsən –Çoban, salamat qal, sağ-salamat qal!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-elvida-daglar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bülbül ünin işitdi gavgâya çeker bu dilGül kohusını aldı sahrâya çeker bu dil
Bir nigari-novbaharın gül camalın istərəmBir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
MənNəzərdən salmayın, camaat, məni,Həqiqət mülkündə bir baharam mən.