Fikirli oluram, tutqun oluram,Qanı soyuq bilir dost-tanış məni.Axı mən bu halı satın almıram,Təbiət beləcə yaratmış məni...

Gülüb danışmıram günlərlə bəzən,Fəqət səsim də var, gülüşüm də var.Əriyər duyulmaz gülüşlərimdənŞənliyi gülüşlə ölçən adamlar.

Hərdən hay-harayla keçən ömrümünBircə mənasından xəbərim olur:Ən az danışdığım günlərim mənimƏn çox danışdığım günlərim olur.

Az gülüb danışan sanmayın məni,Dodağı qaçmadan gülmək də olar.Bəzən bir iclasın demədiyiniAni bir baxışla demək də olar.

Mənim poladımdır hər kiçik yazım,Fikrimlə əriyib döyülməlidir.Şair masası da marten sobası,Şair əlləri də fəhlə əlidir.

Gülüşsüz olmaqdır – fikirsiz olmaq,Bunlarsız varamsa – o mən deyiləm.Mən belə, mən belə özüməm ancaq,Özümdən ayrıla bilən deyiləm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri