Dağlara çağırış
Musa Yaquba
Şair, qayalara, dağlara söykən,Mənim də arzumu sən yaşat barı,Özülsüz şöhrətlər uçurub sökənZamana bənzəyən dağ gürşadları.
Min il də göz yumub, açsa ağzınıYuya bilməyəcək daş xınasını.Bu dağlar özəyi, özülü möhkəm,Şair, qayalara, dağlara söykən!
Ən ağır anında dağlarla danış,Ən ali loğmandır o müdrik qoca.Nə qədər, nə qədər qaysaqlanmamışDərdlər tullasan da dərə boyuncaDağ çayı çökdürüb çay daşlarına,Duruldub bənzədər göz yaşlarına.Dağlar öz hökmündə güzəştsiz, ötkəm,Şair, qayalara, dağlara söykən!
Dağlar sevgisində bir ulu ata,Dağlar ərköyünlər atası deyil.Kimini xurcuntək çiyninə atan,Hellənc sapandına qoyub kiminiDərələr dibinə atası deyil.Hətta ildırımlar dağlar çibini,Dağların qorxusu, xətası deyil.İgidlər çiynini dağlara tikər,Şair, qayalara, dağlara söykən!
Başından sağsağan əskik olmayanDonqar qoz ağacı pıçıldasa da:Gözündə gözəllər əksi olmayanLil bulaq qıyqacı pıçıldasa da,Söykənmə möhrəsi nəm divarlara,Söykənmə özülü kəm divarlara.Ucalıq enilməz dağlar var ikən,Dağlara söykənən dağlara söykən!
Dağlar dağ oyadan qıyıltılarıBütün dərələrə paylaya bilir.Ötəri, itəri vıyıltılarıBəzən min illərlə quylaya bilir.Beləcə səbr öyrən o dağ əmindən.Yorulub, beziksən dağ aləmindən,Mənim ünvanıma qarğıyıb, söylən,Məni bu dağlara çağırıb, söylə:Buyur, qayalara, dağlara söykən!Şair, qayalara, dağlara söykən!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-daglara-cagiris
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu şer çoxdan – böyük Vaqifin anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu böyük bayramına ustad Şəhriyarı da dəvət eləmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Azərbaycanın işığını, böyük nailiyyətlərini Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın şerlərini toplarkən arxivimdə qalmış həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım... Şeri olduğu kimi köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucularla bölüşməyi məsləhət bildim.*Baxışlar asıldı təyyarələrdən,
Məmməd AslanaQardaş, düzümünün əsiri oldum,Xəbərim olmadı özümdən mənim.
Üstümə qayıdan yazılarımNədir günahınız, açıq danışın,Üstümə qayıdan yazılarım, siz!
Əhval-ruhiyyəRədd olun başımdan:divar söhbətlər,
Başqa şairlərin şeirləri
Başına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar