Çoban səhəri
Qışlaqda yazılmış şer
Çoban qardaş, bu gün erkən oyat məni,Dan yerinə bir at çapmaq istəyirəm.Boz at gətir,boz dumanda boz at məniİtirdikcə itik tapmaq istəyirəm.
Səhər-səhər qırovlu mərz – soyuq dodaq,Öpüm onu – isindirim, isinim bir.Uzaq üfüq qaşındakı sönən ocaqNə zamansa qərib düşən hisslərimdir.
Neçə ildir yollarıma çıxmır turac,Nəğməsinə, çəhliminə yadam indi.Dan yerinin işığını qulac-qulacİstəyirəm bu yollara atam indi.
Canavar da görməmişəm çoxdan bəriQurd ürəyi varmı indi – yeyən ola.Bu düzlərdən ov təzdirən ləpirləriBir canavar yuvasına düyən ola.
Şehli düzdək biçdirəcək qırçın-qırçın,Çoban bilər nə tamdadır payız südü.Elə bil ki, çiynindəki yapıncınınƏtəyidir dalısınca gələn sürü.
Cilov çəkim, ilgəhləsin qoşa sətrim,Gün dəyəndə şum buğlanar, xumarlanar.Təbimizdə sən olmasan – torpaq ətri,Şerimiz də bir baxışdan buxarlanar.
Hər səhərin öz addımı, öz gəlişiNeçə ildir pəncərəmdə eyni səhər,Nolar bəşər – deyirəm ki, sözgəlişi, –Nəğmələri, ilhamları eynilətsələr.
Xoşum gəldi o xallı, göydəmir atdan,Dəli olsun, yalmanına yata bilim.Bir səhəri başlayım mən üfüq altdan,Bir axşamı gün batanda bata bilim.
Dekabr, 1970
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-coban-seheri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
حَبِّ نبات است پدرسوخته
BilmirəmAy ağalar belə dərdə neyləyim?Fələk çox veribdi çəkə bilmirəm.
Gəl, ey vəhdət qəzalı, Sən bu səradən nə istərsən?Gəl, ey vəhdət qəzalı, sən bu səhradən nə istərsən?!Xəyalın həmnişin oldu bu tənhadən nə istərsən?
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,