Gecə, dəniz...
Bir sən, bir mən,Bir də dənizGecənin nur qucağında.Dodağının duzu hələdodağımda,Yanağının hərarətiyanağımda...Gah dənizdə,Gah sahilin ay nurundaÇimirik biz.Heç bilmirik:Dənizdədir sahilimiz,Sahildədir dənizimiz...İstəyirəm dalğalardaDiliklənən,Arabir də paralanıbçiliklənən,didiklənənAyı tutub atam sənə;Kəhkəşandan bir topanıAlıb asam hörüyünə.İstəyirəm gülüşünəBoya verib, səpələyəmsu üstünə.İstəyirəm öpüşündənDalğa qıza, su isinə,Dəniz üstə ot göyərə,çiçək bitə.
Özümüzü tapaq burdaBata-bata, itə-itə...Niyə birdən diksinirsən?Baxışların deyir mənə:Gəl qayıdaq adi ömür,Adi həyat sahilinə.Qorxma, gülüm, dəniz nədir,Ömürdə də tufan olar!Hamı kimi ömr eləməkHamılığa nöqsan olar.Neynək, böhtan fişəngləriHaradasa yanıb sönsün!Qız ismətli sevgimiz dəÇoxlarına lüt görünsün!Mən bilirəm, bir öpüşüBir facia dastanınadöndərən var!Bu gecəni zərfə qoyubNeçə lazım yerlərə dəgöndərən var!Olsun, nə qəm!Mən özüm dəBöhtanlarınBiləyini qatlamayan,Qeybətləri, həsədləriAyaqlayıb adlamayanBir sevgini istəmirəm!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-gece-deniz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
زد نغمه، بیاد عهد دیرین
ArasındaSurətdə mələksən, xilqətdə insan,Yoxdur bərabərin el arasında.
Əməli-müxəyyəlEy baği-əməl, açıl, bahar ol,Ey sevgili qönçə, xəndədar ol!
Qıldı həngami-səfər sərvi-xuramanım vidaQıldı həngami-səfər sərvi-xuramanım vida,Vəqtidür qılsa təni-dilxəstəni canım vida.