Nobel mükafatı.... Yazdı qəzetlər,Ucaldı bu adla kiminsə adı.Oslodan, Parisdən, Madridə qədərNobel şərəfinə tərif yazıldı.

Dayan, tərifini burdaca saxla!Məst olma böhtanlar xülyasında sən.Geri dön, tarixi bir an varaqla,Gör onu həqiqət aynasında sən.

Kimindir o qızıl, kimindir o var,Niyə tərifində bundan deyilmir?!Gözlər qamaşdıran o parıltılarBabamın gözünün nuru deyilmi?!

Gör kimin evinin daşı, divarıSoyulub kim üçün cəh-cəlal oldu.Sorulub Bakının şah damarlarıNobel banklarında kapital oldu.

Tarix hökm elədi, qaranquş kimiBahara səslədik bu elləri biz.Sapanda qoyulan qara daş kimiAtdıq yurdumuzdan nobelləri biz.

Tarix haqqımızı qaytardı geri,Sorulan qanımız qayıtmaz artıq.Bizi səsləyəndə döyüş illəriAyılıb gördük ki, gec ayılmışıq...

Bir günlük varımı qaytarsan bir anYurdumda min yeni şəhər yaranar.Çıxarsan neftimi sandıqlarındanAlpın ətəyində Xəzər yaranar...

Demirəm, dayandır mükafatını,Deyirəm, çıxarma bunu yadından;Kimin alın təri, ürək qanınıMükafat verirsən kimin adından!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən