Kimliyim, nəçiliyim...
Qəfil düşdüm bəd taleyin kəməndinə mən,Axır dönüb bu halımla barışan oldum.Daha tənqid biçinində az itilənən,Daha tərif xırmanında az daşan oldum.Dib bucaqda beli bükük,Lüləsi donub, –Hörümçəyə bağışladım ov tüfəngimi.Günün çoxu yuxuludur ev telefonu,Günün çoxu diksinməyir qapı zəngimiz.Yox, ürəyim, daş qulazla ötəri dərdə,Qəm üstünə sevincini hörməyi bacar.Ön cərgədən son cərgəyə adlayıb hərdənGörünməyən məqamları görməyi bacar.Öz vaxtında ayırmadın şahini sardan,Az qoşmadın boş xarallar şəninə dastan.Qaranquşa, sığırçına meylimi sallam,Ürəyimdə yuva qurmaz köçəri dostlar.Bir də üzməm yalan vədlər cəzirəsinə,Köpüklərə ip atmağın faydası nəymiş?Bir vəzifə kürsüsünün cazibəsi nə,Bir telefon dəstəyinin ədası nəymiş!Mən bu hala gülə bildim,Ağlaya bildim:Əhd-ilqar da «baxarıq»lı, «görək»li imiş;Mən ömrümün aşrımında anlaya bildim:Nəçiliyim kimliyimdən gərəkli imiş...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-kimliyim-neciliyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Baxıram ev-eşik boşdur elə bil,Səninlə varım da, yoxum da gedib.
Səndən ayrı...Gözəllər aşiqi az olmamışam,Hamısı yan keçir indi yanımdan;
Oxucuya məktubUzaqdan-uzağa xoşuna gəlsəm,Məni dindirməyə tələsmə hələ.
Nobel mükafatıNobel mükafatı.... Yazdı qəzetlər,Ucaldı bu adla kiminsə adı.
Başqa şairlərin şeirləri
Mələşir qoyun-quzular,Gələn yazın havasından.
Mancılığ ilə gögə uçan bənəmMancılığ ilə gögə uçan bənəmXeybərüñ qapusını açan bənəm
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
Gedər derlər, gedər derlərBənim könlüm alan dilbər,Gedər derlər, gedər derlər.